1 ... 84 85 86 87 88 89 90 91 ... 412

Viktor hüQO - səhifə 88

səhifə88/412
tarix16.11.2017
ölçüsü9.51 Mb.

əvəz edilmiĢdi. Artıq nə vedrə var, nə zəncir, nə də su çarxı, yalnız suyu axıtmaq üçün qayrılan 

daĢ bir novça qalmıĢdır ki, yağıĢ suyu bu novçaya yığılır. Arabir qonĢuluqdakı ağaclıqlardan bir 

quĢcuğaz uçub gəlir və bu novçadan su içərək, yenə geriyə dönür. 

Bu xarabalar arasında fermadan baĢqa yaĢayıĢ evi yoxdur. Evin qapısı həyətə çıxır. Qotik 

üslubda qayrılmıĢ qəĢəng bir qapı kilidinin yanında çəpinə olaraq üçyarpaq Ģəklində dəmir qapı 

dəstəyi vurulmuĢdu. Hannoverli leytenant Vilda fermada gizlənmək üçün bu dəstəyə əlini 

uzatdığı zaman fransız sapyoru balta ilə onun əlini vurub salmıĢdı. 

Hal-hazırda bu evdə yaĢayan ailə çoxdan ölmüĢ bağban van Kilsomun nəslindəndir. Ağsaçlı bir 

qadın mənə danıĢdı ki, ―Mən bu hadisələrin Ģahidiyəm. O zaman mənim üç yaĢım tamam 

olmuĢdu. Böyük bacım qorxusundan ağlayırdı. Bizi meĢəyə apardılar. Mən anamın qucağında 

idim. YaxĢı eĢitmək üçün hamı qulağını yerə dirəyirdi. Top atıldıqca, mən də: ―bum-bum‖ deyə 

təkrar edirdim‖. 

Həyətin sol tərəfindəki darvaza, dediyimiz kimi, meyvə bağına çıxırdı. 

Bu bağın dəhĢətli bir mənzərəsi vardır. 

O, üç hissədən, daha doğrusu, üç pərdəli bir dramadan ibarət idi. Birinci hissəsi – çiçəklik, ikinci 

hissəsi – meyvəlik, üçüncü hissəsi isə – ağaclıq idi. Bağın dörd tərəfi də hasarlı idi: giriĢ tərəfdə 

qəsrin və fermanın tikintiləri, sol tərəfdə çəpər, sağda və arxada divar vardı. Sağ tərəfdəki divar 

kərpicdən, arxadakı divar isə daĢdan idi. Əvvəlcə çiçəkliyə daxil olursan. Meyvəliyə və ağaclığa 

nisbətən o ən aĢağıda yerləĢir, burada qarağat kolları əkilmiĢdi, hər tərəfi alaq otları bürümüĢdü; 

çiçəklik dəyirmi sürahi sütunları olan yonma daĢla hörülmüĢ iri bir terras ilə tamamlanır. Bu – 

Lenotrdan qabaqkı fransız üslubunda düzəlmiĢ bir kübar bağı idi, indi isə bura xarabalıq və 

tikanlıqdı. Sütunların üstündə daĢ mərmilərə bənzəyən Ģarlar vardır. Qırx üçə qədər süvari 

sütunları indiyə kimi durur, qalanları isə otların arasına düĢmüĢdü. Çoxunun üzərində çarpana 

izləri görünməkdədir. Sütunlardan biri isə, zədələndiyinə baxmayaraq, sınıq bir ayaq kimi asılı 

qalmıĢdı. 

Meyvəliyin aĢağı tərəfində olan həmin bu bağçaya birinci piyada alayının altı əsgəri daxil olmuĢ 

və buradan çıxa bilməyərək, öz yuvasında tutulan ayılar kimi mühasirəyə alınmıĢ, iki Hannover 

rotası ilə vuruĢmağa məcbur olmuĢdular. Bu rotaların biri karabinlə silahlanmıĢdı. Hannoverlilər 

həmin sürahi arxasında yerləĢmiĢdilər və yuxarıdan aĢağıya atırdılar. Mərd piyadalar aĢağıdan 

yuxarıya atmağa məcbur olmuĢdular; altı nəfər yüz nəfərə qarĢı vuruĢmuĢ və qarağat kollarından 

baĢqa qorunmaq üçün heç bir Ģey olmadığı halda, on beĢ dəqiqə müqavimət göstərmiĢdilər. 

Bir neçə pillə yuxarı qalxaraq, çiçəklikdən meyvəliyə keçirsən. Burada, bir neçə kvadrat sajanlıq 

bir sahədə, bir saatın ərzində min beĢ yüz nəfər həlak olmuĢdu. Buradakı divarlar, elə bil, indi də 

vuruĢmaq üçün can atırlar. Bu divarlarda ingilislər müxtəlif yüksəkliklərdə otuz səkkiz baca 

açmıĢdılar. Bu bacaları bu gün belə görmək mümkündür. On altıncı bacanın qabaq tərəfində iki 

ingilis məzarı var: bu məzarların üstünə qranit tavalar qoyulmuĢdur. Qala bacaları ancaq cənub 

tərəfdəki divardadır. Əsas hücum da elə bu tərəfdən baĢlamıĢdı. Bayır tərəfdən bu divar baĢdan-

baĢa yaĢıllıqla örtülüdür. Fransızlar hücum edərkən, bu yaĢıl çəpəri hücumla alacaqlarını zənn 

etdikləri halda, divara, maneə və pusquda dayanmıĢ olan ingilis qvardiyasına, hamısı bir vaxtda 

od yağdıran otuz səkkiz topa, mərmi və güllə atəĢinə rast gəlmiĢdilər və Sua briqadası 

darmadağın edilmiĢdi. Vaterloo döyüĢü bu cür baĢlamıĢdı. 

Meyvə bağını tutdular. Pilləkən olmadığından, fransızlar dırnaqları ilə divara dırmaĢırdılar. 

Ağacların altında əlbəyaxa vuruĢma baĢladı. Ətrafda otlar qana boyandı. Nassaunun yeddi yüz 

nəfərdən ibarət batalyonu tamam məhv edildi. QarĢısında Kellermanın iki batareyası dayanan 

divarın bayır tərəfi çarpana ilə dəlik-dəlik edilmiĢdi. 

Lakin hər bir bağ kimi, bu meyvə bağı da yaz gələndə oyanır. Burada da çobanyastığı və 

qaymaqçiçəyi açılmağa baĢlayır. Hündür ot bitir, iĢlək atlar otlayır, ağacların arasından asılmıĢ 

kəndirlərə sərilən paltar buradan keçənləri əyilməyə vadar edir, bu xam yerdən keçəndə ayağın 

tez-tez köstəbək yuvalarına düĢür. Qalın otlar arasında yerə yıxılmıĢ və riĢələri bayıra çıxmıĢ bir 

ağacın yaĢıllaĢan gövdəsi görünür. Mayor Blakman can verərkən, bu ağaca söykənmiĢdi. Əslən 

fransız olan, lakin Nant edikti ləğv edildikdən sonra ailəsi ilə birlikdə Fransadan mühacirət edən 

alman generalı Düpla da yaxınlıqdakı hündür ağacın altında həlak olmuĢdu; küləĢ və gildən sarğı 



sarınmıĢ qoca və xəstə alma ağacı lap yaxında budaqlarını sallamıĢdı. Alma ağaclarının 

əksəriyyəti qocalıqdan lap yerə əyilmiĢdi. Bir ağac belə tapılmaz ki, onda tüfəng, yaxud çarpana 

gülləsi qalmamıĢ olsun. Bu bağ quru ağacla doludur. Budaqların arasında qarğalar uçur, 

uzaqlarda balaca bir meĢə görünür, burada çoxlu bənövĢə var. 

Burada Boduen öldürülmüĢ, Fua yaralanmıĢ, burada yanğın, qırğın, döyüĢ olmuĢdu, ingilis, 

fransız və alman qanı bir-birinə qarıĢaraq sel kimi axmıĢdı, burada baĢdan-baĢa meyitlərlə dolu 

su quyusu vardır. Nassau polku və BraunĢveyq polku burada məhv edildi: burada Düpla və 

Blakman öldürüldü, burada ingilis qvardiyasını qırdılar, qırx batalyondan ibarət olan Reyl 

korpusunun iyirmi batalyonu məhv oldu, yalnız Huqomon qəsrinin xarabalarında üç min nəfəri 

qılıncla doğradılar, boğdular, güllələdilər, yandırdılar, bütün bunlar onun üçün idi ki, adi bir 

kəndli bir səyyaha bu sözləri deyə bilsin: ―Cənab, mənə üç frank verin, əgər istəsəniz, mən sizə 

Vaterloo əhvalatını danıĢa bilərəm‖. 

 

  ÜÇÜNCÜ FƏSĠL. 

18 iyun 1815-ci il. 

 

Hər bir hekayəçinin geriyə qayıtmağa ixtiyarı var, biz də geriyə, 1815-ci ilə, hətta bu kitabın 

birinci hissəsində söylədiyimiz hadisələrin baĢlandığı vaxtdan bir az əvvəllərə qayıdaq. 

Əgər 1815-ci ilin iyun ayının 17-dən 18-nə keçən gecədə yağıĢ yağmasaydı, Avropanın gələcəyi 

baĢqa cür olardı. Bir neçə damcı su Napoleonun məğlubiyyətinə səbəb oldu. Austerlis 

vuruĢmasının Vaterloo ilə nəticələnməsi üçün qəzavü-qədərə yalnız yüngül bir yağıĢ gərəkmiĢ, 

böyük bir dünyanın qəzaya uğraması üçün, yay fəslinə baxmayaraq, göydən bir qara buludun 

keçməsi kifayətmiĢ... 

Vaterloo döyüĢü ancaq saat on ikinin yarısında baĢlaya bilərdi ki, bu da Blüxerə vaxtında gəlmək 

imkanı verdi. Deyəcəksiniz ki, nə üçün? Ona görə ki, yer islanmıĢdı və topları çəkib gətirmək 

üçün yolların qurumasını gözləmək lazım gəlirdi. 

Napoleon topçu zabiti idi və bunu özü də hiss edirdi. Bu qəribə sərkərdənin bütün varlığı Abukir 

döyüĢü haqqında Direktoriyaya göndərdiyi məruzəsinin bir cümləsindən bilinir: 

―Mərmilərimizdən birisi altı nəfəri öldürmüĢdür‖. Onun bütün hərbi planları top gücünə 

əsaslanırdı. Napoleonun fikrinə görə, qələbə qazanmaq üçün topların hamısını müəyyən yerə 

cəmləĢdirmək lazım idi. O, düĢmən generalının strategiyasına bir qala kimi baxır və bu qalada 

yarıq açırdı. Zəif nöqtələrdə çarpana ilə üstünlük qazanır, döyüĢə giriĢir və bu döyüĢün nəticəsini 

top gücü ilə həll edirdi. Napoleonun dühası – dəqiq tuĢlama dühası deməkdir. DüĢmən səflərini 

dağıtmaq, polkları parçalamaq, sıraları pozmaq, sıx qoĢun kolonnalarını məhv etmək və qovmaq 

– Napoleonun məqsədi bu idi: əzmək, üzmək, daim əzmək – bu iĢi o, hər zaman top mərmisinə 

tapĢırardı. Bu qorxunc bir sistem idi ki, dahiliklə birləĢərək on beĢ ilin ərzində hərb iĢinin bu 

məĢum qəhrəmanını məğlubedilməz etmiĢdi. 

1815-ci il iyun vuruĢmasında o, artilleriyaya xüsusi olaraq ümid bəsləyirdi, çünki onun toplarının 

sayı düĢmən toplarından xeyli çox idi. Vellinqtonun ixtiyarında yalnız yüz əlli top olduğu halda, 

Napoleonun iki yüz qırx topu vardı. 

Təsəvvür edin ki, yer quru olsaydı, artilleriya vaxtında gəlib çıxar və vuruĢma səhər saat altıda 

baĢlanardı. Bu halda o, gündüz saat ikiyə kimi, yəni prussiyalıların gəliĢindən üç saat əvvəl 

qurtarmıĢ olardı. 

VuruĢmanın məğlubiyyətlə nəticələnməsində Napoleonun günahı çoxmudur? Gəminin fəlakətə 

uğramasında sükançını təqsirləndirmək olarmı? 

Bəlkə, bu dövrdə Napoleonun aĢkar cismani zəifliyi onun mənəvi qüvvələrinin zəifləməsi 

nəticəsində daha da ĢiddətlənmiĢdi? Bəlkə də, iyirmi il davam edən müharibədə qılınc da, qın da 

köhnəlmiĢ, ruhu da, bədəni də yorulmuĢdu? Bəlkə, təəssüf ediləcək olsa belə, artıq köhnə 

döyüĢçü sərkərdəyə üstün gəlirdi? Bir sözlə, bəlkə də, bu dahinin günəĢi, bir çox görkəmli 

tarixçilərin zənn etdiyi kimi, artıq sönməkdə idi? Bəlkə də, onun hiddətlənməsi öz acizliyini 

özündən gizlətmək üçün idi? Bəlkə də, o, yaxınlaĢdığını duyduğu xatalı gələcəyi ürəyinə 



:

front -> files -> libraries -> 1780 -> books
books -> []
books -> []
books -> Ön sözün müəllifi: İsa Həbibbəyli
books -> []


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


viberite-stranu-avstriya-27.html

viberite-stranu-avstriya-31.html

viberite-stranu-avstriya-36.html

viberite-stranu-avstriya-40.html

viberite-stranu-avstriya-45.html